AVTO

06 Aprel

“Ford” 49 min avtomobili geri çağırır

ABŞ-ın qabaqcıl avtomobil istehsalçısı olan “Ford” şirkəti Çindəki müştərək müəssisəsində istehsal olunan 49 minə yaxın avtomobili əyləc şlanqlarındakı nasazlıqlara görə geri çağırır.

Fins.az xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Aprelin 7-də başlayacaq proses zamanı 2015-2017-ci illərdə istehsal olunmuş “Taurus” modellərini əhatə edəcək.

Bildirilir ki, “Ford”un Çindəki müştərək müəssisəsi olan “Changan Ford Automobile” nasaz detalları öz hesabına dəyişəcək.