FAW və Volkswagen şirkətlərinin ortaq olduqları Çindəki müəssisədə adı açıqlanmayan yeni modelin istehsalına başlanıb. Bu modelin alman markasının model xəttindəki ən iri ölçülü krossover olduğu məlumdur. Yeni krossover ölçülərinə görə Teramont modelini üstələyir.
Adsız krossoverin uzumluğu 5160 millimetrə çatır ki, bu da Teramont modelində olduğundan 124 millimetr çoxdur. Yeni model keçən il Şanxay avtosalonunda debüt etmiş Volkswagen SMV konseptinin üslubunda hazırlanmışdır. Krossover MQB modul platformasında inşa edilib və zavoddaxili VW416 koduna malikdir
Krossoverin mühərrik çeşidinə 2,0 və 2,5 litrlik benzin turbomühərrikləri daxildir: 2,0-litrlik mühərrik 186 və ya 220 at qüvvəsi, 2,5-litrlik aqreqat isə 300 at qüvvəsi hasil edir. Mühərriklər yeddi pilləli «robot" və tam ötürmə sistemi ilə birlikdə çalışırlar.
Alman markasının ən iri krossoverin satışa 2021-ci ildə çıxarılması planlaşdırılsa da, Volkswagen şirkəti layihə üzərindəki işləri sürətləndirmək qərarına gəlib. Yeni krossover yaxın aylarda Çindəki diler salonlarında peyda ola bilər.