AVTO

02 Aprel

Volkswagen bir neçə model istehsalına hazırlaşır

Volkswagen şirkəti təklif etdiyi qoşulan hibridlər çeşidini genişləndirmək niyyətindədir. Yenilənmiş Passat GTE sedanı və universalının ardınca, alman istehsalçısı bir neçə yeni hibridi buraxmağı planlaşdırır. Bunların arasında Tiguan və Arteon modellərinin qoşulan hibrid aqreqatı ilə təchiz edilmiş modifikasiyaları da olacaqdır.

Yeni modellər texniki cəhətdən 156 at qüvvəli 1,4-litrlik turbomühərrik, 115 at qüvvəli elektrik mühərriki və 13 kilovat-saatlıq güc batareyası ilə təchiz edilmiş Volkswagen Passat GTE Variant modelinə bənzər olacaqdırlar. Xatırladaq ki, adı çəkilən model dolu batareya ilə WLTP dövrəsinə əsasən 56 kilometrə qədər məsafə qət etmək iqtidarındadır. Eyni qurğunun Golf GTE hetçbekində quraşdırılmış variantı isə 245 at qüvvəsi hasil edir. Tiguan və Arteon modellərinə hansı variantın qismət olacağı məlum deyil - detallar ilin sonuna qədər açıqlanacaqdır.