Yenilənmiş BMW 5 Series sedanın sınaq protopləri yenidən casuslara rast gəliblər. Avtomobillərin üzərindəki kamuflyaj örtüyü modelin eksteryer dizaynında xırda dəyişikliklərin olacağından xəbər verir. Böyük ehtimalla, yenilənmiş 5 Series tərtibatı yenilənmiş işıq texnikasına, radiator barmaqlığına və bamperlərə sahib olacaqdır.
Əsas yeniliklər modelin texniki hissəsində və təchizatında olacaqdırlar. Yenilənmiş BMW 5 Series modelinin mühərriki çeşidinə yeni mühərriklər, yumşaq hibridlər, tamölçülü və qoşulan hibrid qurğular daxil ediləcəkdir.
Bundan başqa, yenilənmiş model 12,3-düymlük ekranı olan iDrive məlumat-əyləncə kompleksinin yeni versiyası və ən müasir sürücü yardımçıları ilə təchiz ediləcəkdir. Bütün bu yeniliklər BMW 5 Series modelinə əsas rəqibləri olan Mercedes-Benz E-Class və Audi A6 modelləri ilə daha güclü rəqabət aparmağa yardım etməlidir.