AVTO

02 Aprel

Audidən YENİLİK

Audi şirkəti elektrik modellərinin böyük çeşidi buraxmaq planlarını təsdiqləyib. Üstəlik, Audi mühəndisləri Volkswagen qrupuna daxil olan markalar tərəfindən istifadə edilən MEB modul platforması ilə kifayətlənmək fikrində deyillər. Audi elektrokarlarının əsasını dörd müxtəlif arxitektura təşkil edəcəkdir!

Bu günə qədər, Audi şirkəti, bu məqsədlər üçün benzin və dizel modellərinin inşa edildiyi MLB Evo platformasından istifadə edib. Xatırladaq ki, bu platformada Bentley Bentayga və Lamborghini Urus modelləri ilə yanaşı, Audi e-tron və e-tron Sportback elektrik krossoverləri də inşa edilirlər. Bundan əlavə, Ingolstadt mütəxəssisləri Porsche ilə birlikdə hazırlanmış J1 platformasına da nəzər salıblar - bu platforma Taycan elektrokarının əsasını təşkil edir. Gələcəkdə Audi mütəxəssisləri bu platformanı Audi e-tron GT konseptinin seriya versiyasının inşasında istifadə etmək niyyətindədirlər.

Eyni zamanda, Audi şikəti "kiçik" MEB arxitekturasında yığcam elektrokarların istehsalına başlayacaqdır ki, bu da onları Volkswagen ID-modelləri, Skoda Enyaq və Cupra Tavascan krossoverləri, həmçinin Seat el-Born hetçbekinin seriya versiyası ilə yaxınlaşdıracaqdır. Bu platformada inşa edilən ilk Audi modeli, istehsalına bu il start veriləcək Audi Q4 e-tron krossoveri olacaqdır. Nəhayət, dördüncü platforma, Taykan modelində debüt edəcəyi düşünülən PPE (Premium Platform Electric) platforması olacaqdır. J1 platforması kimi, bu platformanın yaradılmasında hər iki markanın mühəndisləri iştirak ediblər. Yaxın illərdə PPE platformasının üzərində daha iri ölçülü minik avtomobilləri və krossoverlər yaradılacaqdır.