AVTO

01 Aprel

Maseratinin bu modeli üçün atelye şirkətindən TƏKLİF

Almaniyanın Novitec atelyesi Maserati Levante üçün yeni təkmilləşdirmələr proqramını təqdim edib.

Şərq küləklərindən birinin adını daşıyan krossoverin mühərrik çeşidinə daxil olan bütün aqreqatların gücü artırmaq və 22-düymlük təkər diskləri olan ultra geniş kuzov dəstini quraşdırmaq təklif olunur. Novitec atelyesinin hazırladığı Maserati Levante Esteso V2 krossoveri yüksək keyfiyyətli poliuretandan hazırlanmış geniş kuzov dəstinə sahib olub. Dəst səkkiz hissədən ibarətdir: onun tərkibinə təkər tağlarının, kandarların və bamperlərin genişləndiriciləri daxildir.

Onları quraşdırdıqdan sonra krossoverin eni 2,09 metrə qədər artır - yəni, ön tərəf 10 santimetr, arxa tərəfdə isə 12 santimetr genişlənir. Bu dəsti Levante GranSport, GTS və ən «bərkgedən» Trofeo modifikasiyası üçün sifariş etmək olar. Novitec, krossoverin mühərrik çeşidindəki bütün aqreqatların gücün artırmağı təklif edir - 3,0-litrlik V6 dizel mühərrikindən tutmuş iki turbokompressorlu 3,8-litrlik V8 mühərrikinə qədər.

Beləliklə, ən güclü V8 mühərrikinin hasilatı 580 at qüvvəsindən (720 Nm) 624 at qüvvəsinə (820 Nm), «dizelin» isə, 275-dən 322 at qüvvəsınə qədər artırılacaqdır. Novitec mütəxəssislərinin müdaxiləsindən və yeni xəritəsi olan idarəetmə modulunun quraşdırılmasından sonra, Levante S modelinin 3,0-litrlik V6 benzin mühərriki 430 əvəzinə 494 at qüvvəsi hasil edir. Bundan əlavə, Novitec atelyesi Levante modelini buraxılış sisteminin çəpərciklərinin yeni idarəetmə bloku və artan gücə uyğunlaşdırılmış pnevmatik asqı ilə təchiz edə bilər. Bu halda, krossoverin klirensi 25 millimetr azalmış olacaqdır