AVTO

01 Aprel

Jeep modellərini sınaqdan keçirdi - VİDEO

Jeep şirkəti Avropa bazarı üçün hazırladığl ilk hibrid modelləri olan Renegade 4xe və Compass 4xe ofrouderlərinin qış sınaqları barədə hesabatı təqdim edib. Bir həftə ərzində mühəndislər Şimal qütbünün yaxınlığındakı poliqonda müxtəlif istismar şəraitini yaradaraq, avtomobilin sistemlərinin və elektronikasının işini yoxlayıblar.

Jeep Renegade 4xe və Compass 4xe qoşulan hibridləri Turindəki Mirafiori fabrikindən İsveçin Aryepluqdəkı sınaq poliqonuna qədər olan 3800 kilometr məsafəni qət ediblər. Yeni qurğuların müntəzəm işinin yoxlanılması müxtəlif ssenarilərin həyata keçirilməsindən ibarət olub. Sınaqlar, kənd yollarından tutmuş sürətli magistrallar üzrə hərəkəti, həmçinin bütün sistemlərin son dərəcə aşağı temperaturda işləməsini nəzərdə tutub. Belə testlər bütün iri şirkətlər tərəfindən həyata keçirilir.