AVTO

31 Mart

Porsche yenilik edib

Porsche şirkəti yeni nəsil 911 Turbo S modeli üçün Lightweight və Sport adlı iki yeni paketi hazırladığını bildirib. Yeni dəstlər sportkarı yüngül və daha aqressiv edəcəkdir.

Fins.az xəbər verir ki, 992 seriyasında olan Porsche 911 sportkarının ən güclü versiyasının təqdimatından sonra, yeni  911 Turbo S modelinin tezliklə daha yüngül və idman xarakterli olacağı barədə şayiələr yayılıb. İndi bu məlumatı Porsche şirkətinin ABŞ bölməsinin mətbuat katibi Frenk Uayzman təsdiqləyib: əfsanəvi alman idman avtomobili üçün Lightweight Package və Sport Package adlanan yeni opsiyalar dəsti hazırlanıb. Birinci dəst, yeni idman oturacaqları, arxa oturacaqlardan imtina və azaldılmış səs izaolyasiyası sayəsində avtomobili 30 kiloqram yüngülləşdirir.
 

Dəstin tərkibinə həmçinin yüngülləşdirilmiş alın şüşəsi, idman buraxılış sistemi və PASM Sport asqısı daxildir - bu elementləri Lightweght dətindən ayrıca da sifariş etmək olar. Yüngülləşdirilmiş Porsche 911 Turbo S modeli standart sportkar ilə 911 GT3 trek versiyası arasında qərarlaşacaqdır. 

İkinci dəst isə dizayna həsr olunmuşdur: Sport Package dəstinə yeni fənərlər, təkər diskləri və qara rəngli dekorativ elementlər daxildir. Lightweight  dəsti yalnız kupe üçün nəzərdə tutulsa da, Sport Package həm kupe, həm də kabriolet üçün təklif ediləcəkdir. Bu dəst kupenin karbondan hazırlanmış dam ilə təchiz edilməsini də nəzərdə tutur