AVTO

30 Mart

“SKAZ AUTOHOUSE” kredit ödənişlərinə bir aylıq fasilə verdi

Skoda” avtomobillərinin rəsmi distribüteri “SKAZ AUTOHOUSE MMC” avtomobil sektorunda daha bir yeniliyə imza atmaqdadır.

Belə ki, şirkət son günlər ölkəmizdə elan edilmiş xüsusi karantin rejimində dəyərli müştərilərini düşünərək, onlara kredit ödənişlərində bir aylıq müddətdə möhlət tanımaqdadır. Bu qərar daxili kredit ödənişi olan bütün müştərilərə qeyd-şərtsiz tətbiq olunmaqdadır və aprel ayı üçün kredit ödənişləri təxirə salınıb.

Artıq pandemiyaya çevrilmiş koronovirus epidemiyası ilə mübarizə çərçivəsində Babək prospekti 74 ünvanında yerləşən “Skoda” avtomobillərinin salon və servis mərkəzində mütəmadi dezinfeksiya işləri görülməkdədir.

“Evinizdə qalın və güvəndə qalın” şüarı ilə xalqa müraciət edən “SKAZ AUTOHOUSE MMC” şirkət rəhbərliyi, həmçinin, bu çətin günlərdə koronavirusla mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və AR Nazirlər Kabineti yanında operativ qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırır.