AVTO

29 Mart

Lamborghini-nin bu modellərində problem aşkar olundu

Lamborghini şirkəti 26 Aventador SVJ kupe və rodsterini geri çağırır. Geriçağırmanın səbəbi daxili qapı dəstəklərinin nasazlığıdır. Problem planlaşdırılan keyfiyyət nəzarəti zamanı müəyyən edilib: işə yeni qəbul edilmiş əməkdaş kabellərin bağlanması zamanı səhvə yol verib. Nəticədə, qapılar içərindən açılmaya bilərlər.

Qüsur 2019-cu ilin dekabrından 2020-ci ilin yanvarın qədər ABŞ bazarı üçün buraxılmış superkarlara aiddir. Qapı açma mexanizminin işləməkdən imtina etməsi, fövqaladə vəziyyətlərdə superkarın sərnişinlərinin həyatı üçün real təhlükə yarada bilər.
 
Qeyd etmək lazımdır ki, problem yalnız daxili qapı tutacaqlarına aiddir, buna görə də, Aventador SVJ modelinin sürücüsü və sərnişini pəncərəni açaraq, qapının kilidini çöldən aça bilərlər.
Lamborghini şirkətinin eıan etdiyi geri çağırış kampaniyası 1 may tarixindən başlayır. İtalyan şirkətinin Amerika dilerləri, problemli superkarların sahibləri ilə əlaqə saxlayaraq, qüsuru aradan qaldırmaq üçün avtomobilləri servisə təqdim olunmasını xahiş edəcəkdırlər. Lamborghini, yeni superkarların montaj prosesini yenidən nəzərdən keçirib, buna səbəbdən də nasazlıq təkrarlanmayacaqdır.