AVTO

29 Mart

Bu modelin istehsalına son verilir

"Autocar" nəşri Seat şirkətinin Alhambra miniveninin istehsalını və satışını başa vurduğunu bildirib. Modelin varisi olmayacaq, lakin ispan markası minivenin əvəzinə müştərilərə yeddi yerlik Seat Tarraco krossoverini təklif ediləcəkdir.

Fins.az xəbər verir ki Alhambra mart ayının sonunda istehsal xəttindən çıxarılacaq və modelin 1995-ci ildə başlayan hekayəsinə son veriləcəkdir. Alhambra modeli ilə eyni platformada inşa edilən Volkswagen Sharan modelinin istehsalı bir müddət davam edəcəkdir: avtomobilin satışlarına 2020-ci ilin sonunadək davam etdiriləcəkdir.

Seat şirkəti isə, gələcəkdə əsas diqqətinin elektromobillərin istehsalına yönəltmək niyyətindədir. Bunlara misal olaraq, qoşulan Leon hetçbekini və Cupra Formentor hibridini göstərə bilərik.

Alhambra miniveni son dəfə 2010-cu ildə nəsil dəyişdirib, bundan sonra isə, 2015 və 2018-ci illərdə yenilənib. Minivenin Seat şirkətinin model xəttindən çıxarılacağı və markanın belə növ avtomobillərin istehsalından imtina edəcəyi barədə xəbər 2016-cı ildə peyda olub.