Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanın işlənmiş avtomobillərin ixracının dəyəri illik müqayisədə 77,4% artıraraq 99 565,2 min ABŞ dollara çatıb.
Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin hesabat dövründə isə ixrac edilən avtomobillərin ümumi dəyəri 56 137.8 min dollar təşkil edib.
Cari ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycana ixrac etdiyi ikinci əl avtomobillərin ümumi dəyəri 60 616,6 min dollar təşkil edib ki, bu da ölkənin ümumi ixracının 60,8%-nə bərabər olub.