Volvo, Jaguar, Land Rover və Bentley kimi avtomobil istehsalçıları, yeni tip koronavirus (Kovid-19) epidemiyasına görə istehsala fasilə verdiklərinin açıqlayıblar.
Fins.az xəbər verir ki, Volvo-dan verilən açıqlamada, koronavirus epidemiyasının bazarları zəiflətdiyi, istehsalda axsaqlılara gətirib çıxardığı və işçilərin sağlamlığı ilə əlaqədar qayğılara səbəb olduğu qeyd edilib. Bu çərçivədə Volvo-nun Belçikadakı zavodunun 5 Aprelə qədər bağlı qalacağı, İsveç və ABŞ-dakı zavodlarının 26 Mart-14 Apreldə istehsala fasilə verəcəkləri qeyd edilib.
Jaguar-Land Rover-dən verilən açıqlamada da, koronavirus epidemiyası səbəbilə İngiltərədəki zavodlarda istehsala müvəqqəti fasilə verildiyi bildirilib. Açıqlamada, şirkətin bu mərhələdə istehsala 20 Apreldə başlamağı nəzərdə tutduğu, Slovakya və Avstriyadakı istehsalın da daha əvvəl verilən qərar ilə dayandırıldığı xatırladılıb.
Bentley də, İngiltərədə istehsalı dayandırmaq qərarı verdiyini açıqlayıb.
©Marja