Koronavirus pandemiyası bu il Avropa və Amerika qitələrində avtomobil istehsalının ötən illə müqayisədə 1,438 min ədəd az olması ilə nəticələnəcək.
Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu proqnozla Böyük Britaniyada fəaliyyət göstərən "IHS Markit" araşdırma şirkəti çıxış edir.
Şirkətin mütəxəssislərinin fikrincə, azalmanın 880 min ədədi Avropa ölkələrinin payına düşəcək. Bu baxımdan Almaniya (256 min ədəd), İspaniya (140 min ədəd) və Fransa (100 min ədəd) xüsusilə fərqlənəcək.
Şimali Amerikada avtomobil istehsalının 478 min ədəd (o cümlədən ABŞ-da 336 min ədəd), Cənubi Amerikada isə 80 min ədəd azalacağı gözlənilir.