AVTO

20 Mart

"Formula 1": Azərbaycanda 2 Qran-pri keçirilə bilər

Avstriyanın "Red-Bull" komandasının yarışlar üzrə məsləhətçisi Helmut Marko "Formula 1"in təqvimindəki hazırkı vəziyyəti dəyərləndirib.

Fins.az Report-a istinadən xəbər verir ki, o, koronavirus pandemiyasına görə təqvimdə yaranmış sıxlığı aradan qaldırmaq üçün bir neçə variant təklif edib.

H.Marko bildirib ki, cümə məşqləri olmadan 2 günlük uik-end yarışları keçirmək olar. 

Məsləhətçi həmçinin bəzi trasslarda 2 Qran-pri təşkil etməyin mümkünlüyü barədə də müzakirələrin olduğunu gizlətməyib.

Qeyd edək ki, "Formula 1"də Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salınıb. Bakıdakı yarış 5 -7 iyunda keçirilməlidir.