Koronavirus ( COVID-19) epidemiyası təhlükəsinə görə ABŞ-ın nəhəng avtomobil zavodları – “ General Motors”, “Ford” və “ Fiat Chrysler” müvəqqəti olaraq bağlanır. Bu zavodların yalnız ABŞ ərazisində olan müəssisələri bağlanır. Avtomobil zavodlarında işləyən 150 min nəfər evə buraxılır. Müəssisələrin rəhbərləri işləmədiyi günlərdə işçilərə əməkhaqlarını ödəyəcəklər.