AVTO

18 Mart

Volkswagen Avropada istehsalına fasilə verəcək

Almaniyanın avtomobil istehsalçısı Volkswagen, koronavirus (Kovid-19) epidemiyası ilə mübarizə çərçivəsində tətbiq edilən məhdudlaşdırmalar və ehtiyat hissələrinin alınmasına yaşanan çətinliklər səbəbilə Avropadakı zavodlarında istehsalı tədricən təxirə salmağa başladığını açıqlayıb.

Fins.az xəbər verir ki, Volkswagenin epidemiya səbəbilə istehsalı böyük ölçüdə dayandıran ilk böyük Almaniya şirkəti olması diqqəti çəkir.

Şirkətin 28-i Almaniyada olmaqla Avropada 72 istehsal müəssisəsi var.

Təxminən 275 mini Almaniyada olmaqla dünyada 670 min nəfərə məşğulluq təmin edən Volkswagen Qrupu, keçən il 2018 -ci ilə nisbətən 7,1% artımla 252,6 milyard avro gəlir əldə etmiş, mənfəəti isə 22% artımla 17 milyard avroya çatmışdı.

Volkswagen keçən il 10 milyon 97 0 min ədəd avtomobil satdığını, bu il də çətin bazar şərtləri səbəbilə satış rəqəminin keçən illə eyni səviyyədə qalmasının gözlənildiyini bəyan etmişdi.