u ilin yanvar-fevral aylarında Azərbaycana 122,893 mln ABŞ dolları dəyərində 11 547 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 378 ədəd və yaxud 2,2 dəfə çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 27 ədəd və yaxud 72,97% artaraq 64 ədəd (dəyəri 7,368 mln ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 6 010 ədəd və yaxud 2,3 dəfə artaraq 10 717 ədəd (99,413 mln ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 1 273-ü (6,681 mln ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 9-u (90,38 min ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 344 ədəd və yaxud 86,7% artaraq 741 ədəd (10,547 mln ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 3 ədəd və yaxud 10,7% azalaraq 25 ədəd (5,564 mln ABŞ dolları) olub.