Məşhur avtomobil istehsalçısı “Renault”un baş ofisi Fransada yerləşən 12 zavodunun bağlanması haqqında bəyanat yayıb.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərarın hansı vaxta qədər qüvvədə qalacağı hələlik məlum deyil.
Şirkətin qərarının səbəbi isə dünyanı bürümüş koronavirus pandemiyasıdır. Qərar 18 min işçiyə şamil edilib. “Renault” onların əmək haqqının verilməsində problem olmayacağını da açıqlayıb.