AVTO

16 Mart

Maşın almaq istəyənlər may ayını gözləməsinlər – EKSPERT

“Maşın almaq istəyənlər may ayını gözləməsinlər. Ən azından indidən sifariş etsinlər”.

Bunu Toyota Bakı Mərkəzinin PR mütəxəssisi, avtomobil üzrə ekspert Eldəniz Cəfərov deyib.

Ekspert bunun səbəbini də açıqlayıb: “Yaponiyada seysmik zonada yerləşən bir neçə zavod başqa yerlərə köçürülür. Bu səbəbdən də istehsalda azalma olacaq. Yaponiya istehsalı avtomobillərin qıtlığı yarana bilər. Eyni zamanda Avropanın iri avtomobil istehsalçısı olan İtalyidakı virus karantini müəyyən zavodların işində ləngimə yaradıb”.

© TED