AVTO

16 Mart

Məşhur avtomobil markası da istehsalı dayandırıb

İtaliyada tüğyan edən koronavirus təhlükəsi avtomobil istehsalına da böyük zərbə vurub. Ölkənin ən məşhur avtomobil markalarından olan “Ferrari” istehsalatı dayandırdığını açıqlayıb.

Fins.az xəbər verir ki, şirkət istehsala iki həftə ara verdiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl “Volkswagen AG” və “Lamborghini” də bənzər qərarla çıxış etmişdilər.