Italiyanın avtomobil istehsalçısı “Ferrari” bütün əməkdaşlarını koronovirus epidemiyasına görə iki həftəlik məzuniyyətə göndərib. Avtosfer.az xəbər verir ki, şirkət Maranello və Modenedə yerləşən zavodlarını martın 27-nə qədər bağlayıb. Bu barədə “Bloomberg” məlumat yayıb.
“Bu görülən tədbir əməkdaşların maraqlarını və yerində təhlükəsizliyi təmin etmək üçün verilmiş qərardır” – konsernin məlumatında deyilir.
Şirkət, 4 min işçinin məzuniyyətdə olduğu günlərin pulunu da ödəyəcəyinə söz verib.