“Toyota Motor” ixrac olunan 3,2 milyon avtomobilini təmir olunmaq üçün geri çağırır.
Fins.az xəbər verir ki, 2013-cü il və ondan əvvəlki modellər təmir üçün geri qaytarılır.
Məlumata görə, həmin modellərdə benzin nasosunda olan texniki problem səbəb olub.
Geri qaytarılacaq avtomobillərin 1,8 milyonu ABŞ-a ixrac olunan modellərdir.
Qeyd edək ki, “Toyota” şirkəti bu texniki problemlə bağlı şikayətləri iyun ayından araşdırmağa başlayıb.