Çində avtomobil satışları koronavirus epidemiyası ilə əlaqədar olaraq Fevral ayında 80% geriləyərək rekord aşağı səviyyəyə düşüb.
Fins.az xəbər verir ki, bunu Çin Minik Avtomobili Assosiasiyası (PCA) açıqlayıb.
Açıqlamada, orta gündəlik satışların ayın ilk üç həftəsi ilə müqayisədə ayın sonunda nisbətən toparlandığı qeyd edilib.
Çindəki milyonlarla şirkət, istehlakçıların evdə qalmaları və zavodların istehsalı məhdudlaşdırmaları ilə təhlükə altındadır.