1917-ci ildə Almaniyada yaradılan "BMW" loqosunda dəyişiklik edib.
Fins.az xəbər verir ki, yeni loqoda da ağ-mavi rəngli emblem əks olunub. Lakin əvvəlkindən fərqli olaraq yeni loqoda BMW sözünün olduğu halqa şəffaf rəngdədir.
Qeyd edək ki, Münhendə təyyarə mühərriki zavodu kimi fəaliyyətə başlayan BMW-nin loqosundakı ağ-mavi emblem fırlanan təyyarə propellərinin təsviridir.