AVTO

03 Mart

Bayramı günü ilə əlaqədar müştərilərə xüsusi hədiyyələr veriləcək

“7-8 mart tarixlərində baş tutacaq bu kampaniyada  8 mart beynəlxalq qadınlar bayramı günü ilə əlaqədar xanım müştərilərə xüsusi hədiyyələr veriləcək”

Fins.az xəbər verir ki, bunu “Ştutqart” şirkətin  kredit şöbəsinin rəhbəri Vüsal Şirməmmədov deyib.

“Ştutqart" Mağazalar Şəbəkəsi fəaliyyəti dövründə müxtəlif kampaniyalar həyata keçirib. Bu kampaniyalardan biri də maya dəyərinə yaxın qiymətə satış kampaniyası olub ki,  hər ayın təyin olunmuş  bir günündə müştəri ehtiyat hissələrini maya dəyərinə yaxın qiymətə gəlib alırdı. Bu kampaniya bizim 16 illiyimizlə bağlı da olacaq, hansı ki, bu kampaniyanın finalı olacaq. Burada bir ilk yaşanacaq. Kampaniya iki gün davam edəcək. Belə ki, 7-8 mart tarixlərində baş tutacaq bu kampaniyada  8 mart beynəlxalq qadınlar bayramı günü ilə əlaqədar xanım müştərilərə xüsusi hədiyyələr veriləcək. Bundan başqa digər müştərilərə də hədiyyələr nəzərdə tutulub. Ümumiyyətlə, bu tip kampaniyalar fərqli formada növbəti aylarda da keçiriləcəkdir».