AVTO

28 Fevral

Kia, dördüncü nəsil Sorento modelinin rəsmi şəkillərini dərc edib - FOTO

Kia şirkəti dördüncü nəsil Sorento krossoverinin rəsmi şəkillərini paylaşıb. Yeni Sorento yeni platformada inşa edilib, tamamilə yeni eksteryer və interyerə, həmçinin zəngin avadanlıq siyahsısına sahib olub.

Əslində yeni Kia Sorento modelini dizaynı sirr deyil - bir müddət bundan öncə, casuslar avtomobilin reklam çarxının çəkilişi zamanı qeydə alınmış kamuflyajsız şəkillərini çəkməyə müvəffəq olublar. Krossover, şaquli olaraq ayrılmış LED arxa işıqlarını və baqaj qapısında spoyleri əldə edib. Avtomobilin təkər bazası uzansa da, kuzov çıxışları isə, əksinə qısalıb. Kapot da daha uzun olub.

Fins.az autograph.az-a istinadən bildirir ki, dərc edilmiş yeni interyer şəkilləri, burada baş vermiş dəyişiklikləri ətraflı şəkildə nəzərdən keçirməyə imkan verir. Yeniliklərin arasında 12,3-düymlük rəqəmsal cihazlar panelini və multimedia sisteminin 10,25-düymlük ekranını göstərmək olar. Bundan əlavə, ötürmələr qutusununənənəvi dəstəyi yernin şaybaya verib. Yeni Kia Sorento havalandırma funksiyası olan oturacaqlar, elektron köməkçilər dəsti və elektromexaniki dayanacaq əyləci ilə təchiz edilib. Krossover həm beş, həm də yeddi nəfərlik versiyada təklif ediləcəkdir.

Fevral ayının əvvəlində, Koreya mediası dördüncü nəsil Sorento modelinin mühərrikləri haqqında məlumatı yayıb. Lakin, bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb. Jurnalistlərin bildirdiyinə görə, krossover 2,2-litrlik turbodizel, 2,0-litrlik benzin mühərriki, 1.6-litrlik turbomühərrik və yeni Hyundai Sonata modelindən tanış olan 2.5-litrlik atmosfer mühərriki ilə təchiz ediləcəkdir.

Sonradan Sorento hibrid modifikasiyada və təxminən 300 at qüvvəsinə malik mühərriki olan "qaynar" versiyada təklif edələcəkdir. Transmissiya çeşidində altı pilləli mexaniki və avtomatik qutular, həmçinin iki muftalı 8-pilləli "robot" daxil ediləcəkdir. Ötürmə - ön və ya tam çəkişli olacaqdır.

Texniki hissə, dinamika və təchizat səviyyələri barədə ətraflı məlumat martın 3-də Cenevrə avtosalonunda keçiriləcək təqdimatı zamanı açıqlanacaqdır.