AVTO

28 Fevral

Alimlər dəbdəbəli maşın almağı məsləhət görmür - SƏBƏB

Dəbdəbəli nəqliyyat vasitələrini idarə edən insanların empatiya hissinin olduqca zəif olduğu məlum olub.

Fins.az xəbər verir ki, Nevada universitetində mövzuyla bağlı araşdırma aparan alimlər bu qənaətə gəliblər. Tədqiqat prosesinə iki kişi və iki qadın cəlb olunub. Alimlər insanların istifadə etdiyi nəqliyyat vasitəsinin dəbdəbəlilik dərəcəsinin artmasıyla empatiya hissinin buna əks olaraq getdikcə azaldığını müşahidə ediblər. Tədqiqat həm kişilər, həm də qadınlar üçün eyni nəticəylə yekunlaşıb.

Alimlər araşdırmada subyekt kimi istifadə olunan insanların reaksiyalarını kameralar vasitəsi ilə müşahidə ediblər. Beləliklə, istifadə olunan nəqliyyat vasitəsinin lüks səviyyəsi artdıqca onlar özlərini digərlərindən və ya yolda olan başqa sürücülərdən daha üstün olduqlarını hiss edirlər. 

Mövzunu nümunələrlə izah edən araşdırmaçılar sözügedən şəxslərin piyadalara yol vermə ehtimalının az olduğunu bildiriblər. Alimlərin fikrincə, bahalı nəqliyyat vasitəsinin istifadəçiləri piyadalara yol versələr də bunu həvəslə etmirlər. Odur ki, yolda gedərkən daha diqqətli olmağınız tövsiyyə olunur.

© Banco