AVTO

24 Fevral

Toyota Supra daha güclü olub - FOTO

Toyota şirkəti ABŞ-da satılan GR Supra sportkarını texniki cəhətdən yeniləyib. Sportkar, gücü artırılmış altısilindrli mühərrikə, 2,0-litrlik turbomühərriklə təchiz edilmiş versiyaya və idarəetmənin yaxşılaşdırılmasına xidmət edən şassi tənzimləmələrinə sahib olub.

Fins.az autograph.az-a istinadən bildirir ki, artıq, Toyota GR Supra modeli iki mühərriklə təklif olunur. Kupenin mühərrik çeşidinə 3,0-litrlik altısilindrli BMW B58 mühərriki ilə yanaşı, 259 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik də daxil edilib. Eyni zamanda, 3,0-litrlik yenilənərək daha güclü olub: yeni ikiaxınlı kollektor və porşenlərin tətbiqi nəticəsində mühərrikin hasilatı 340-dan 387 at qüvvəsinə (495-dən 499 Nm-ə) yüksəlib. Səkkiz pilləli avtomatik ötürmələr qutusu isə dəyişilməz qalıb.

Artıq, Toyota GR Supra modeli iki mühərriklə təklif olunur. Kupenin mühərrik çeşidinə 3,0-litrlik altısilindrli BMW B58 mühərriki ilə yanaşı, 259 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik də daxil edilib. Eyni zamanda, 3,0-litrlik yenilənərək daha güclü olub: yeni ikiaxınlı kollektor və porşenlərin tətbiqi nəticəsində mühərrikin hasilatı 340-dan 387 at qüvvəsinə (495-dən 499 Nm-ə) yüksəlib. Səkkiz pilləli avtomatik ötürmələr qutusu isə dəyişilməz qalıb.

Hesablamalara görə, təkmilləşdirilmiş Toyota GR Supra modeli 60 mil/saat (97 km/saat) həddinə sürətlənməyə 0,2 saniyə daha az vaxt sərf edir - yəni, 3,9 saniyə. Lakin, bu göstəricinin təsdiqlənməsi gərəkdir. 2,0-litrlik baza mühərriki ilə təchiz edilmiş kupe isə, bu işə düz beş saniyə vaxt sərf edir.

Rahatlıq və iadrəetmə balansının yaxşılaşdırılması üçün, mühəndislər ön dayaqların bərkitmə nöqtələrini  radiatorun dayağı ilə birləşdirən əlavə alüminium çubuqları, yeni dempferləri və yenidən tənzimlənmiş amortizatorları quraşdırıblar. Eyni zamanda, sükanın elektrik gücləndiricisinin, adaptiv şassinin, stabilizasiya sisteminin və aktiv arxa diferensialın proqramları yenidən yazılıblar - bütün bunlar Supra modelini döngələr silsiləsində daha sabit hala gətirəcəkdirlər.

Nəhayət, GR Supra sportkarının A91 Edition adlı daha bir xüsusi versiyası peyda olub. Toyota GR Supra A91 Edition kupesi yalnız 3,0-litrlik mühərriki ilə təchiz olunur və iki rəngdə təklif edilir: Nocturnal və Refraction (yalnız A91 Edition üçün təklif olunur). Xüsusi versiyanı karbondan hazırlanmış spoyler və güzgü gövdələri, tutqun qara rəngli təkər diskləri, arxa dayaqlardakı xüsusi qrafika və  alcantara ilə tərtib olunmuş salonu sayəsində tanımaq olar. A91 Edition versiyasının tirajı 1000 nüsxə ilə məhdudlaşdırılıb.