Tibbi çantada olan dəst sağlamlığınızı və hətta həyatınızı xilas edə bilər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 5 avqust 2008-ci il Tarixli 09 nömrəli əmrlə təsdiq olunmuş avtomobillər üçün ilk tibbi yardım çantalarının tərkibi barədə məlumatı təqdim edir .
Heç kim nə vaxt və hansı durumda avtomobıldəki tibbi çantasına ehtiyac yaranacağını dəqiq bilmir, ancaq bir şey dəqiqdir - onun hər bir avtomobildə olması məcburidir.
Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı istifadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:
1.1. Analgin 0,5 №10 (yaxud əvəzedici) qutu 1
1.2. Portativ hipotermik (soyuducu) paket-konteyner ədəd 1
1.3. Natrium sulfasil məhlulu tubik 1
1.4. Aspirin qutu 1
Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vəsaitlər:
2.1. Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlamaq üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut ədəd 1
2.2. Steril bint 10x5 ədəd 1
2.3. Qeyri-steril bint 10x5 ədəd 1
2.4. Qeyri-steril bint 5x5 ədəd 1
2.5. Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8x10 sm ölçüdə MAQ atravmatik sarğısı ədəd 1
2.6. Bakterisid leykoplastr 2,5x7,0 yaxud 2x5 ədəd 8
2.7. Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6x10 sm ədəd 3, 10x18 sm ölçüdə furaqinli «Koleteks QEM» steril salfetləri yaxud statin (toz halında) 1,0q dəst 3
2.8 Spirtdə 5 faizli yodun yaxud1 %-li brillant abısının məhlulu (zelyonka) flakon 1
2.9. 1x500, yaxud 2x500, yaxud 1x250 smöçüdə leykoplastr ədəd 1
2.10. Qeyri-steril boruşəkilli tibbi elastik bint №1, 2, 6 hər birindən ədəd 1
2.11. Pambıq 50 q bağ 1
Ürək ağrılarına qarşı vəsaitlər:
3.1. Nitroqliserin həbləri №40 yaxud kapsulası №20 (trinitrolonq) qutu 1
3.2. Validol (tabletka yaxud kapsula) qutu 1
Kliniki ölüm zamanı ürək-ağciyər reanimasiyası üçün vasitələr:
Süni nəfəs vermək üçün alət-
«Ağız-qurğu-ağız» ədəd 1
Bayılmaya qarşı vasitə:
5.1. Ammiak məhlulu (naşatır spirti) flakon 1
Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:
6.1. Enterodez qutu 2 yaxud aktivləşdirilmiş kömür №10 qutu 1
Stres hallarına qarşı vəsaitlər:
7.1. Korvalol flakon 1
Küt uclu qayçı ədəd 1
Təlimat ədəd 1
Plastmass futlyar ədəd 1
Qeyd. 1. Siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək olmaz.
Komlektləşdirmə qabı zədələnmiş və vaxtı ötmüş vasitələrdən istifadə etmək olmaz.
Çantadakı hər hansı vəsaitdən istifadə edildikdə yerinə dərhal yenisi qoyulmalıdır
İlk yardım dəsti komponentlərinin yuxarıda göstərilən siyahıları, zəruri hallarda və ya digər dərmanlarla əlavə edilə bilən zəruri əsas dəstlərdir. Çox vaxt standart bir ilk yardım dəsti şəxsi ehtiyaclarınıza görə ağrı kəsicilər, antispazmodiklər, kardioloji dərmanlar, antihistaminiklər və digərləri ilə əlavə olunur. Bununla birlikdə, sürücülük müəllimləri əlavə dərmanları əsas dəstdən ayrı saxlamağı tövsiyə edirlər, çünki bu elstremal vəziyyətdə çaşmamağa və lazım olan hər şeyi tez tapmağa kömək edəcəkdir.
Bütün dərmanların bir istifadə müddəti olduğunu xatırlamaq lazımdır, buna görə də zaman-zaman ilk yardım dəstini yoxlamaq və dərmanları dəyişdirmək lazımdır.
Unutmayın ki, sicilər, tibb çantasının olmamasına görə qanunda 3-5 manat cərimə nəzərdə tutulub. Ona görə də maşınınızda tibbi çantanın həmişə olmasını təmin edin və özünüz də ilk yardım kurslarına getməyə vaxt ayırın. Bəlkə bir gün kiminsə həyatını xilas edə bilərsiniz