Bu ilin sonuna qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun üzərindəki Xaldan qəsəbəsindən Gürcüstan sərhədinə qədər olan yolun 54 km-lik Xaldan-Şəki hissəsinin çəkilib başa çatdırılması nəzərdə tutulur”.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.
Onun sözlərinə görə, bundan əlavə, respublika əhəmiyyətli 68 km-lik Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun çəkilişinin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
“Bu il respublika əhəmiyyətli 36 yol, Bakı şəhəri üzrə isə rayon və qəsəbələrinin abadlaşdırılması üçün 12 yol üçün vəsait ayrılıb”, - o deyib.