“Pirelli” şirkəti bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycanda Qran-prisi üçün şin seçimini edib.
Fins.az xəbər verir ki, İtaliya şirkətinin C2 (sərt), C3 (orta) və C4 (yumşaq) şinləri Bakıda komandaların ixtiyarında olacaq.
Eyni təkərlər Avstraliya, Bəhreyn, Vyetnamda və təxirə salınan Çin Qran-prisində də istifadə olunacaq. C2 və C3 şinləri məcburi adlanır - komandalar hər birindən azı bir dəst sifariş etməlidirlər.
Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi bu il 5 - 7 iyunda keçiriləcək.