2020-ci ilin Yanvar ayında Azərbaycana daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən 659 ədəd nəqliyyat vasitəsi (hibrit avtomobil) idxal edilib. İdxala 3 milyon 510 min dollar xərclənib.
Fins.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, Yanvarda yalnız elektrik mühərriklə hərəkətə gətirilən 7 avtomobil idxal edilib.