AVTO

19 Fevral

"Hyundai Motor"un baş direktoru istefa verəcək

Cənubi Koreyanın "Hyundai Motor" şirkətinin Direktorlar Şurası Çunq Monq-kunu şirkətin baş direktoru vəzifəsinə yenidən seçməkdən imtina edib.

Fins.az xəbər verir ki, "Yonhap" xəbər agentliyinin məlumatına görə, Çunq Monq-ku üçillik səlahiyyət müddətinin başa çatmasından sonra 16 mart 2020-ci ildə vəzifəsini tərk edəcək. Bu vəzifədən getməsinə baxmayaraq, o, "Hyundai Motor Group"un sədri öhdəliklərini yerinə yetirməyə davam edəcək. Bu barədə Apa yazıb. 

Qeyd edək ki, fevralın əvvəlində Çunq Monq-ku avtomobil sahəsindəki ən nüfuzlu mükafatlardan biri olan Avtomobil şöhrət zalına (ABŞ-da avtomobil texnologiyasına həsr olunmuş bir muzey) daxil olub. Bundan əlavə, "Ford Motor Company"nin təsisçisi Henri Ford, "Mercedes-Benz"in təsisçisi Karl Benz, Yaponiyanın "Honda Motor Company" və "Toyota Motor Corporation" şirkətlərinin təsisçiləri bu muzeyin şöhrət zalına daxil edilib.