Bir çoxları Bakıda tıxacların olmasından şikayət edir. Buna səbəb kimi çox vaxt yolların kifayət qədər geniş olmaması və yol-patrul xidmətinin əməkdaşlarının həmin ərazidə zəif xidmət aparması göstərilir.
Fins.az-ın məlumatına görə, oxu.az-ın təqdim etdiyi videoda tıxacın səbəbkarını bilmək olur.
Sosial şəbəkədə yayımlanan video şəhərin Ziya Bünyadov prospektində lentə alınıb. Görüntülərdən aydın olur ki, sağ kənar yoldan prospektə daxil olmaq istəyən sürücülər 1.3 üfüqi nişanlama xəttinin tələblərini kobud şəkildə pozurlar.
Belə ki, sürücülər sıxlıq olduğundan sağ kənar yoldan prospektə müəyyən olunmuş hissədən deyil, müəyyən qədər qarşıdan keçir.
Bununla da sıxlığı keçməyə çalışan sürücülər prospektdə tıxacın yaranmasına səbəb olur.