Bu ilin yanvar ayında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 63,1 mln manatlıq məhsul istehsal edilib.
Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 89,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 72,8% artıb.
Yanvar ayında 192 ədəd minik avtomobili istehsal olunub ki, bu da 2019-cu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu ilin fevralın 1-nə ölkədə 134 ədəd hazır məhsul istehsalı yaranıb. Orta hesabla Azərbaycanda gündəlik olaraq 6,4 ədəd avtomobil istehsal edilir.
Yanvar ayında ölkədə traktor istehsalının rəqəmləri verilməyib. Amma bununla belə, fevral ayının 1-nə ölkədə 286 ədəd hazır məhsul istehsalı yaranıb.
Hesabat dövründə ştanqlı quyu nasoslarının istehsalı 91,3%, mancanaq dəzgahlarının istehsalı 2,5 dəfə artıb.
©“Report”