AVTO

17 Fevral

Dünya üzrə ən çox satılan elektromobillərin - TOP-10-luğu

Mütəxəssislər ötən il dünya üzrə ən çox satılan elektromobillərin reytinqini tərtib ediblər.

Fins.az xəbər verir ki, 2019-cu ildə dünyada 2,21 milyon elektromobil satılıb. Bu da 2018-ci ilin eyni göstərici ilə müqayisədə 10 faiz çoxdur. Portalın məlumatına görə, elektromobillərin dünya bazarlarındakı payı 2,1 faizdən 2,5 faizə yüksəlib. Reytinq tərtibatçıları qeyd edirlər ki, 2019-cu ildə satılan 40 avtomobildən biri elektromobildir. Bu barədə avtosfer yazıb.

Beləliklə 2019-cu ildə 10 ən çox satılan brendlərin siyahısını sizlərə təqdim edirik:

10. “Toyota” 9. “Hyundai” 8. “Geely” 7. “Nissan” 6. “Volkswagen” 5. “BMW” 4. “SAIC” 3. “BAIC” 2. “BYD” 1. “Tesla”

Artıq “Tesla” bir neçə ildir ki, ən populyar elektrokar brendlərinin siyahısına başçılıq edir. Ötən il “Tesla” brendi altında olan avtomobillərdən 367 820 ədəd satılıb. Ən populyarı isə “Tesla Model 3” modelidir.