AVTO

17 Fevral

“Subaru”lar geri çağırılır

Yaponiya istehsalçısı “Subaru” Çin bazarında satdığı 81 min 260 avtomobili təhlükəsizlik məsələlərinə görə geri çağırır.

Fins.az Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, martın 14-dən başlayacaq proses 2013-2015-ci illərdə idxal edilmiş “Forester” modellərini əhatə edəcək. Administrasiyanın mütəxəssisləri müəyyən edib ki, həmin avtomobillərin arxa hərəkətetdirici orqanların yayları korroziyaya uğraya və sıradan çıxa bilər. Bu da öz növbəsində təhlükəsizlik riskləri yaradır.