AVTO

14 Fevral

“İlin dünya avtomobili” müsabiqəsində iştirak edəcək avtomobillərin SİYAHISI

Hindistanın Yeni Dehli şəhərində keçirilən beynəlxalq avtosalon çərçivəsində, “İlin dünya avtomobili” müsabiqəsində qələbəyə iddialı olan əsas namizədlərin siyahısı açıqlanıb. Avtosfer.az xəbər verir ki, ən yaxşı ad uğrunda avtomobil istehsalçılarının 10 yeni modeli yarışacaq.

Fins.az xəbər verir ki, 2020-ci ilin yarışmasında qalib olacağını iddia edən modellər bunlardır: sedan “Hyundai Sonata” 8-ci nəsil, “Kia Soul EV” və “Telluride”, “Mazda3” və “Mazda CX-30”, yeni “Range Rover Evoque”, “Mercedes-Benz CLA” və “GLB”, həmçinin “Volkswagen Golf” və “T-Cross”. Bu barədə avtosfer yazıb. 

Bundan əlavə, münsiflər daha uç kateqoriya üzrə qaliblər seçəcəklər: “Şəhər avtomobili”, “Lüks avtomobil” və “İdman avtomobili”.

“Şəhər avtomobili” adı uğrunda, “Kia Soul EV”, elektrikli “Mini”, “kompakt-karı Peugeot 208” və “Renault Clio” yeni nəsil, həmçinin krossover “T-Cross” yarışacaq.

“Lüks avtomobil” nominasiyası finalçılarının siyahısına, krossover “BMW X5” və “BMW X7”, elektrikli “Mercedes-Benz EQC”, sportkar “Porsche 911” və elektrokar “Porsche Taycan” daxil edilib.

Ən yaxşı “İdman avtomobili” adı uğrunda, “BMW M8”, “Porsche 718 Spyder/Cayman GT4”, “Porsche 911”, “Porsche Taycan” və “Toyota GR Supra” təmsil edəcək.

Əlavə olaraq, bütün kateqoriyadan olan modellər “İlin ən yaxşı dizaynı” müsabiqəsində qalibiyyət üçün iştirak edəcəklər.

Bu il ən yaxşı “yaşıl” avtomobil üçün mükafat ləğv edilib.

Qaliblər ənənəvi olaraq aprel ayında Nyu York şəhərində keçiriləcək motor şousunda elan ediləcək.

Xatırladaq ki, keçən il müsabiqənin qalibi elektrikli krossover “Jaguar I-Pace” olub.