AVTO

14 Fevral

Avtomobil geri çağıralanda servis pulunu kim ödəyir?

Bəzən nəhəng avtomobil şirkətləri bir çox ölkələrdən avtomobillərini geri çağırmaqla bağlı qərar qəbul edir. Əslində, ilk baxışdan elə anlaşıla bilər ki, şirkətlər bu avtomobilləri istehsal olunduğu yerə geri qaytarır. 

Fins.az xəbər verir ki, bu yaxınlarda Yaponiyanın məşhur avtomobil şirkəti "Toyota" bir sıra ölkələrdəki “Highlander”, “Land Cruiser Prado”, “RAV4” modellərini geri çağırdığı haqqqında rəsmi məlumat paylaşıb. Bu barədə ted.az yazıb. 

Qeyd edilib ki, həmin modellərin ön şüşə yuyucularının forsunkalarında problemlər aşkarlanıb. Digər bir səbəb də 2019-cu ilin aprel ayında Amerikada iki zəncirvari avtomobil qəzasının baş verməsidir.

Amerika Milli Yolu Trafik Təhlükəsizliyi (NHTSA) hesabatında bu qəzalara səbəb kimi avtomobil markalarının elektrik gərginliyə davam gətirə bilmədiyi göstərilib. Bu avtomobil siyahısında Toyota markası da yer alıb.

Bəs əslində geri çağırılma nədir və bu mərhələdə avtomobilinzlə bağlı nə baş verir? Geri çağırılma prosesi qlobal şirkətlərlərin bazara təqdim etdiyi avtomobillərdə hansısa nasazlıq, problem aşkarlananda brendin imici və bu markalı avtomobillərin qəzaya səbəb olmasının qarşısını almaq üçün onları geri çağırmasıdır.

Bununla da problem həll edilmiş olur. Geri çağırılma mərhələsində şirkət nasazlıq aşkarlanan avtomobilləri təyin etmək üçün dünyanın hər tərəfində olan sürcülərə avtomobillərinin onlayn olaraq bu siyahıda olub-olmamasını yoxlamaları üçün imkan yaradır. Şikətlər rəsmi saytları üzərindən sırf bu məsələ ilə bağlı yeni bir xidmət istifadəyə verir. Məsələn, hazırda Toyota-nın geri çağırılma prosesi davam edir. Şirkət ölkələrdəki rəsmi mərkəzlərinin saytı üzərindən bu prosesi daha asanlaşdırır.

Yəni, istehsalçı şirkət, ayrı-ayrı ölkələrdə yerləşən rəsmi distribüterlərə məlumat göndərərək müəyyən fin kod və ya ban nömrəsində olan avtomobilləri servisə dəvət etməyi tapşırır. Həmin maşınlarda qeyd olunan problem varsa, şirkət hesabına problem aradan qaldırılmalıdır. Baş ofisdən göstəriş gəlibsə, ölkələrdə yerləşən rəsmi distribüterlərin icra etməmək ixtiyarı yoxdur. Hazırda Toyota Azərbaycan Mərkəzinin saytına daxil olaraq Azərbaycan dilində olan rəsmi səhifə üzərindən öz avtomobilinizin bu siyahıda olub-olmadığını yoxlaya bilərsiz. Bunun üçün öncə avtomobilinizin Şassi nömrəsini (VIN kod) daxil etməklə, Toyota və ya Lexus avtomobillərinizi yoxlaya bilərsiz.

Ekspert onu da bildirib ki, ola bilər ki, ümumiyyətlə, şirkət Azərbaycan və ya başqa ölkələrdən avtomobilləri çağırmasın. Çünki bəzi avtomobillər ABŞ, Avropa, Asiya, ərəb ölkələri üçün və s. istehsal olunur:  “Bu fərqlilik də, iqlimə, infrastruktura görə dəyişir. Əgər problem təkcə ABŞ-a göndərilən maşınlardadırsa, nəyə görə Azərbaycandakı maşınlar da geri çağırılmalıdır ki? Şirkətin son çağırılma xəbərində də yalnız ABŞ-dakı müəyyən partiya avtomobillərin geri çağırıldığı göstərilir”.

Onu da qeyd edək ki, Toyota avtomobilləri detallarında yaranan problemlərə görə son illər ən çox geri çağırılan 10 avtomobil markası arasında yer alır. Ötən il də Toyota Amerikadakı 1,7 milyon avtomobilini geri çağırıb.