Amerikaya məxsus “Tesla” şirkəti elektrik sükanına nəzarətin itirilməsinə səbəb ola biləcək problemlər üzündən “X SUV” markalı 15 min avtomobili geri çağırır.
Fins.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ Milli Yol Təhlükəsizliyi İdarəsi və Kanada Nəqliyyat Departamentinə istinadən məlumat yayıb.
Qurumlardan bildirilib ki, alüminium “qayka”lar sına, bu isə bəzi avtomobillərdə sükan hakimiyyətinin itirilməsinə səbəb ola bilər.
Agentliyin məlumatına görə, ABŞ-dan 14 193, Kanadadan isə 843 ədəd avtomobil çağırılacaq.
Qeyd edək ki, “Tesla”nın qurucusu və sahibi İlon Maskdır.