Temperaturun mənfi 22 dərəcəyə düşdüyü Türkiyəni Ağrı şəhərində sakinlər avtomobillərini qorumaq üçün maraqlı üsullardan istifadə ediblər.
Fins.az xəbər verir ki, onlar don və buzlanma səbəbindən maşınların motor hissəsini, pəncərə və qapılarını qorumaq üçün nəqliyyat vasitələrinin üstünü kilim və adyalla örtüblər, bəziləri isə maşını bütünlüklə sellofana büküblər. Bəzi sakinlər isə gecə müəyyən vaxtlarda avtomobillərini işə salıblar.