Hyundai şirkəti növbəti nəsil i20 hetçbekinin ilk təsvirlərini yayıb. Yeni hetçbek "həssas idman" üslubunda dizayna malik olan ilk avropa modeli olacaqdır. Avtomobilin kütləvi debüt mərasimi mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.
Fins.az autograph.az-a istinadən bildirir ki, Hyundai nümayəndələri i20 modelinin daha "idman və dinamik" görünüşə malik olacağını iddia edirlər. Onun dizaynı qismən Sonata modelini xatırladır və Sensuous Sportiness ("Həssas İdman") dizayn fəlsəfəsinə əsaslanır. Bu fəlsəfə dörd fundamental elementin - nisbətlərin, arxitekturanın, staylinq və texnologiyanın harmoniyasıdır. Qeyd etmək lazımdır ki, "həssas" üslubdan ilk dəfədir ki Avropa üçün nəzərdə tutulmuş modeldə istifadə olunur.
Salonun təsviri olmasa da, orada "üfüqi bıçaqların" və havalandırma sisteminin gizli deflektorlarının mövcud olacağı məlumdur. Rəqəmsal cihazlar paneli və multimedia sisteminin 10,25-düymlük ekranları Mercedes-Benz modelləri kimi bir şüşənin altında birləşəcəkdirlər.