İtaliyanın “Ferrari” komandası 2020-ci il dünya çempionatında istifadə olunacaq yeni bolidini rəsmən təqdim edib.
Fins.az-ın məlumatına görə, tədbir Reco-Emiliyadakı teatrlardan birində keçirilib.
Maşın SF 1000 indeksi alıb ki, bu da komandanın “Formula 1”də gözlənilən 1000-ci Qran-prisi ilə əlaqədardır. Avtomobil ənənəvi qırmızı livreyada təqdim olunub.
Qeyd edək ki, ötən illə müqayisədə “Ferrari”nin tərkibi dəyişməyib. Mübariz pilotlar qismində yenə Sebastyan Fettel və Şarl Lekler qalırlar. Onlar 2019-cu ildə “Skuderiya”ya Konstruktorlar Kubokunda ikinci yeri tutmaqda yardımçı olublar.
Şəxsi hesabda isə Lekler dördüncü, Fettel beşinci olub. “Ferrari”nin yenilənmiş bolidinin ilk sınağı “Formula 1”in rəsmi mövsümöncəsi testlərində keçiriləcək.