Ötən il Alman avtomobil istehsalçısı “Daimler”in xalis mənfəəti illik müqayisədə 64,5% azalaraq 2,7 milyard ABŞ dolları təşkil edib, şirkətin bir səhminin qiyməti isə beynəlxalq bazarlarda 72,3% azalaraq 0,90 ABŞ dolları dəyərinədək enib.
Fins.az xəbər verir ki, hesabat dövründə şirkətin qazancı isə 60% azalıb.
Qeyd edək ki, mütəxəssislər şirkətin gəlirlərinin azalmasına əsas səbəb kimi, 2019-cu ildə mühərrik xərclərinə 5,4 milyard avro, dizel emissiyaları qalmaqalına 4 milyard avro, Ştuttqart prokurorları tərəfindən verilən 870 milyon avro cərimələrini göstərirlər.