"Volvo Cars" şirkətinin sahibi Li Shufu, İsveçin avtomobil markasını "Geely Automobile" şirkəti ilə birləşdirməyi qiymətləndirir.
Volvo-nun hamısı Linin "Geely Qrup" şirkətinə aiddir.
Fins.az xəbər verir ki, birləşmənin ardından ortaya çıxacaq şirkətin səhmləri həm hazırda "Geely Automobile"in səhmlərinin ticarət olunduğu Honq Konqda, həm də Stockholmda ticarət olunacaq (listinqdən keçəcək)
Li Shufunun satın aldığı 2010-cu ildən bu yana satışlarını iki dəfə artıran Volvo, Çində də sürətli böyüyüb.
Li "Daimlər AG" şirkətinin də ən böyük səhmdarı mövqeyindədir.
Qlobal avtomobil şirkətləri arasında əməkdaşlıq keçən il sürətlənib. "Volkswagen AG" və "Ford Motor Co" daha geniş bir əməkdaşlığa gedərkən, "Fiat Chrysler Autombiles NV" Fransa markası "Peugeot"un sahibi "PSA Qrup"u ilə birləşməyə hazırlaşır.
© Marja