AVTO

08 Fevral

İlin ən yaxşı avtombilləri, ən yaxşı şəhər avtomobili - SİYAHI

“World Car of the Year (WCOTY) 2020”  müsabiqəsinin təşkilatçıları finalçıların əsas siyahısını açıqlayıb və “İlin sportkarı”, “İlin şəhər avtomobili”, “İlin ən yaxşı premuim maşını” və “İlin dizaynı” nominasiyalarında qalib gəlməyə iddialı olanların adlarını elan ediblər.

Fins.az xəbər verir ki, yarışın növbəti mərhələsi Cenevrə avtosalonunda keçiriləcək, burada 86 nəfərdən ibarət münsiflər heyəti əsas mükafata üç namizədin yekun şort-listini açıqlayacaq.

 “İlin ən yaxşı avtomobili” mükafatının finalçıları 29 namizəd arasından seçilib. Hazırda siyahıda 10 namizəd var: “Hyundai Sonata”, “Kia Soul EV”, “Kia Telluride”, “Range Rover Evoque”, “Mazda3”, “Mazda CX-30”, “Mercedes-Benz CLA”, “Mercedes-Benz GLB”, “Volkswagen Golf” və “Volkswagen T-Cross”. Həmçinin WCOTY-ın münsiflər heyəti hər üç əlavə kateqoriya üzrə beş finalçını müəyyən edib.

“Ən yaxşı şəhər avtomobili” nominasiyasında mükafat “Kia Soul EV”, “Mini Electric”, “Peugeot 208”, “Renault Clio” və ya “Volkswagen T-Cross”a verilə bilər. “İlin Sportkar” kateqoriyasında qələbəyə “BMW M8”, “Porsche 718 Spyder/Cayman GT4”, “Porsche 911”, “Porsche Taycan” və “Toyota GR Supra” iddialıdır. Ən yaxşı “Permium avtomobili” adı uğrunda “BMW X5”, “BMW X7”, “Mercedes-Benz EQC”, “Porsche 911” və “Porsche Taycan” mübarizə aparacaqlar.

Bütün kateqoriyadan olan maşınlar “İlin dizaynı” nominasiyasında qalib gələ bilər. Bu il isə “yaşıl” avtomobillər üçün ayrıca mükafat nəzərdə tutulmayıb.

Xatırladaq ki, “WCOTY 2019” müsabiqəsinin qalibləri  “Jaguar I-Pace” (İlin Ümumdünya avtomobili), “Audi A7” (İlin ən yaxşı premium avtomobili), “McLaren 720S” (İlin sportkar avtomobili), “Jaguar I-Pace” (İlin yaşıl avtomobili), “Suzuki Jimny” (İlin şəhər avtomobili) və yenidən “Jaguar I-Pace” (İlin Dizaynı) olublar.