Alman tüninq atelyesi “Keyvany” “Lamborghini Urus”-u təkmilləşdirib. Atelyenin mütəxəssisləri öz versiyasında hazırladığı super-krossoveri – “Keyrus” adlandırıblar, çünki o, həqiqətən aqresiv görünür.
Fins.az xəbər verir ki, Avtomobilin çəkisini azaltmaq məqsədi ilə, eksteryerində karbondan istifadə edilib. “Urus”un qabaq hissəsi 34 kilo yüngülləşib, arxa hissəsi isə 41 kilo itirib. Krossover böyük hava çıxıntıları olan yeni kapot və Y-formalı diod işıq cıhazları ilə bəzədilib.
Avtomobilin eksteryerində ki, dəyişikliklərlə kifayətlənməyən tünerlər mühərriklədə məşğül olublar. Onlar, 650 at gücündə və 850 Nm fırlanma anı olan V8 mühərrikini 820 at gücünə və 1100 Nm fırlanma anına çatdırıblar. Bunun nəticəsində, avtomobil yerindən 100 km/saata 3,3 saniyəyə sürətlənir, maksimal sürət isə 305 km/saatdan, 325 km/saatda artırılıb.