AVTO

08 Fevral

Çin istehsalı olan təkərləri almağa dəyərmi? - DİQQƏT

Bu günlərdə Çin istehsalı olan məhsullar haqqında müsbət rəylər tapmaq çətindir. Bu qayda Çində istehsal olunan avtomobil təkərlərinə şamil edilirmi?

Matt Edmonds, TireRack onlayn mağazasının vitse-prezidentidir, əyləc və ayna silənlərdən tutmuş asma dəstlərinə qədər hər cür avtomobil hissələrini satır. Çin mallarına gəldikdə isə onun sözlərinə görə, müştərilərinə təqdim etmək üçün hələ də lazımi səviyyədə Çin istehsalı olan təkərləri tapa bilməyiblər.

Ümumiyyətlə, Çinin təkər istehsalçıları, qiymətin daha ucuz üstünlük təşkil etdiyi bazarın sonunda təmsil olunurlar. Hamısı alıcıdan asılıdır. Nə ödədiyirsiniz, onu da alırsınız. Bir qayda olaraq, Çin təkərləri istehsalçıları yalnız xammala sərmayə qoyur, lakin müxtəlif tədqiqat və hazırlıqlara sərmayə qoymağa maraqlı deyillər.

Uzun müddət məlumdur ki, avtomobil təkərləri, üzərində təsadüfi protektor naxışının olduğu rezin demək deyil. Təkərərin "qara cadu"su materialın tərkibidir. Hər şey bu tərkibdən asılıdır - təkərlərin müxtəlif iş şəraitində necə davranmasından, xidmətinizdə nə qədər dayanacağından. Avtomobil təkərlərinin aparıcı istehsalçıları müəyyən bir modelin istehsalı üçün öz texnologiyasını ən etibarlı şəkildə sirr saxlayırlar. Hər kəs ən sakit, ən qənaətcil (bəli, bəli, təkərlər də yanacağa qənaət etməyi bilir), həm də ən davamlı təkəri istehsal etməyə çalışır. Havasız "Bridgestone" və ya "Run-flat" təkərlərinin müasir hazırlıqlarında nələr durmur, hansı ki, siz rahatlıqla yaxınlıqdakı təkər təmiri emalatxanasına gedə biləcəksiz. Lakin Çin istehsalçılarının fərqli üstünlükləri var. Müasir tələblərə cavab verən yüksək texnoloji təkərlər düşünərək raqəbat müharibəsində iştirak etməyə çalışmırlar. Bunun əvəzinə təkər sənayesindəki mövcud nailiyyətlərin surətini hazırlayaraq bazara çıxarırlar.

Bir çox Çin istehsalçısının digər tanınmış təkər istehsalçılarının protektor naxışlarını birbaşa surətini etdiyi üçün məhkəməyə verildiyi bildirilir. Çünki onların məhsulları dünya liderlərinin məhsulları ilə eyni olduğu üçün Çin təkərləri bərabər səmərəlilik göstərə bilməyəcəklər. Dünya markaların üstünlüyü, yeni istehsal texnologiyalarının inkişafında xəsislik etməmələridir.

Çində istehsal olunub = ayıq ol, alıcı?

Çində hazırlanan təkərlər onları avtomatik olaraq zibil halına gətirmir. Çində kifayət qədər böyük istehsalçılar tərəfindən istehsal olunan bir neçə növ təkər olduğu bildirilir. Məsələn, Çində Fuzion adlı bir xətt var, faktiki olaraq "Bridgestone"a aiddir. Şirkətin zavodu məşhur marka adı altında başlanğıc səviyyəli təkərlər istehsal edir və yüksək səviyyəli təkərlər qədər yaxşı olmasa da, etibarlıdır və oxşarlarından daha ucuzdur.

Təkər istehsalı üzrə bir çox iri şirkətlərin Çində zavodları var. Belə zavodların istehsal etdiyi təkərlər markanın bütün xüsusiyyətlərinə uyğundur, daim xammalın keyfiyyətini nəzarətdə saxlayır. Təəssüf ki, Çin istehsalçılarının Çin təkərləri haqqında eyni şeyi yaza bilmərik.

Məsələnin mahiyyətinə qayıdaraq deyə bilərik ki, az adam Çin istehsalı olan avtomobil təkərlərinin alınmasını müdrik bir hərəkət adlandıracaq. Xüsusilə sürücünün və sərnişinlərin həyatı üçün təhlükəsizlik kimi şeylər təhlükə altında olduqda, belə bir satınalmanı əsaslandırmaq çox çətindir. Çində hazırlanan ultra ucuz təkər dəstini almazdan əvvəl, avtomobilinizin yaş yolda təması itirəcəyi barədə düşünün. Həm də nəzərə almalısınız ki, bəlkə də bu cür avtomobil təkər dəstlərini hər altı aylıq istifadədən sonra dəyişdirilməli olacaqsız. Avtosfer