AVTO

07 Fevral

Benzinlə və dizellə işləyən avtomobillərə qadağa qoyulur

İngiltərə hökuməti 2035-ci ildə və ya daha erkən benzinlə və dizellə işləyən avtomobillərə qadağa qoymağı planlaşdırır.

Fins.az xəbər verir ki, İngiltərənin baş naziri Boris Johnson, təbiətşünas David Attenboroughla iştirak etdiyi London Elm Muzeyində təşkil olunmuş tədbirdə, "CO2 tullantılarını azaltmağı və İngiltərə olaraq bu sahədə mümkün olanı ən qısa zamanda sıfıra endirməliyik” açıqlamasını verib. Bu barədə Avtosfer yazıb. 

Qeyd edək ki, Paris, Madrid, Mexiko və Afina bələdiyyə başçıları 2025-ci ilə qədər dizellə işləyən maşınların şəhər mərkəzlərində hərəkətini qadağan edəcəkləri ilə bağlı fikirlərini bəyan etmişdilər. Fransa 2040-cı ilə qədər neft məsulları ilə işləyən maşınların satışını qadağan etməyə hazırlaşır və Norveç parlamenti isə 2025-ci ilə qədər bütün nəqliyyat vasitələrinin elektrikli olmasını hədəflədiklərini bildiriblər.